Sizinlə “İnsan” haqqında danışmaq istəyirəm. Sevən, sevilən, düşünən, qəzəblənən bağışlayan, xəyalları olan, qısqanan, fədakar olan, öyrənən, öyrədən, danışan, qulaq asan canlı bir varlıqdan.Hər birimizin mütləq özünə aid bir hekayəsi var.Kimimiz yüksək istedadından və etdiyi işlərdən, bəzilərimiz öz gözəlliklərindən, bir başqamız dindarlığından, igidliyindən söhbət açır. Bəzilərimiz zəmanənin çətinliyindən, insanların nankorluğundan, pulun azlığından şikayət edir. Hətta özündən şikayət edənlər də az deyil. Bəs görəsən bu qədər müxtəlifliyə malik olan insan mürəkkəb bir varlıqdı? Onun bu mürəkkəbliyi varlığındakı gizliliyə, müəmmaya dəlalət edərmi? İnsan öz fərdiyyətini öyrənməyə, bilməyə ehtiyacı var. Gizli olanı bilmək, özünü tanımaq, mürəkkəbdən sadəyə doğru gedə bilmək üçün təcrübədən keçirilmiş elmə möhtacıq. Balıq suya, uşaq anaya, bədən cana, söz mənaya, cahil kamilə, sevən sevgiliyə, canlı nəfəsə möhtac olduğu kimi…Gəlin bir anlığa düşünək. Biz həqiqətən kimə, nəyə möhtacıq?İstək və xəyallarımıza, ehtiras və vərdişlərimizəmi, yoxsa bu fani dünyada hər an bizi ayaqda tutub hərəkətlərimizə yön verən, bizi canlandıran birinəmi? Düşüncələrimiz, fikirlərimiz başqa- başqa yerlərdə olsa da bizdən bir an belə ayrılmayan bir varlıq var. Kimdir o?Söhbətimizin axarı, bizi “təfəkkür”ə götürürsə demək ki, öz varlığımızın gizliliyini bilmək üçün bir metod qazandıq. Mürəkkəbdən sadəyə, çoxluqdan təkliyə, zahirdən batinə doğru yol aldıq. Yəni fərdiyyətimizin mahiyətini öyrənməyə başladıq. Həm də iki qütblü bir varlıq olduğumuzu təcrübə yoluyla bildik; Bədən və Ruh.Davam edək, könül dünyamızı bütün düşüncələrdən təmizləyərək. Köçəri bir qonaq olaraq yaşadığımız ölümlü-itimli dünyanı buraxıb, sahibi olduğumuz əbədi dünyaya dönərək. Bizim kim olduğumuzu yalansız-palansız bizə güzgü kimi əks etdirən vicdanımıza dönərək!Sanki, evimizə “Əziz bir dost” gəlir… Məhəbbət və sevgiylə can evimizin qapılarını bu əziz qonağın üzünə açırıq. Minnətsiz və göstərişsiz olaraq. Səmimiyyət və ciddiyyət əlləri ilə könül süfrəsi hazırlayırıq. Təslimiyyət və təvazöbarmaqlarıyla eşq nemətindən nəsiblənib, zövq dodaqlarıyla dadırıq.Əgər bu saflığa gəldiksə və ürəkdə bir olan varlığa məhəbbət, şövq yarandısa, demək Rəbbimizə möhtac olduğumuzu duyuruq. “İnsan olmağın” mənasını bilirik. Dünya gözümüzlə görə bilmədiyimiz, “könül aləminə” şahid oluruq.İnsan iki qütblü varlıqdır. Həm mənəvi həm də maddi tərəfi var. İnsan ruhən tərəqqi etdiyi ölçülər nisbətində bu maddi dünyada xoşbəxt və azad ola bilər. Yalnız iç dünyası təmiz və dərin olan insan özünə və ətrafına əsl mənada xeyir verə bilər. Dünyagir, həris insan nə özünü nə də başqasını xoşbəxt edə bilər. Müasir dünyanın bizə ərmağan etdiyi texnologiya və kompyuterləşmə əsri insanı da hardasamexanikləşdirib. Bu sürətli inkşaf insan mənəviyyatını elə həmin sürətlə də tənəzzülə uğratmaqdadır.Bəşəriyyət yaradılışından günümüzə gədər dərin və rəngarəng bir həyat təcrübəsi keçib. Bəşər övladı bu təcrübədə istər maddi, istərsə də mənəvi yol qət edərək müxtəlif formalarda təfəkkür metodları qazanıb.Çox vaxt mənəvi təfəkkür,insanın ictimai və sosial-mədəni inkışafında yeniliklər və canlanma yaradmasına təkan verib və bu gün də verməkdədir.Hər xalqın özünə məxsus düşüncə tərzi var. Bu düşüncə mexanizmləri həyatımızın hər bir sahəsində özünü göstərərək,cəmiyyətdə, ailədə və müxtəlif mühitlərdə bizləri mütləq hansısa bir prinsip əsasında yaşamağa vadar edər. Burada bir çox amillər mövcuddur və ən öndə gələni dini-milli irsdir. Daha sonra müasir dünyada hakim olan bəzi sosial-siyasi reallıqlardır, bu da özü özlüyündə zahiri formalar kimi əslində bir başa mənəvi təfəkkürə təsir edər. Müasir həyatın gətirdiyi normalar və bunların həyatda tədbiqi insan düşüncəsində istər pozitiv, istərsə də neqativ anlayışlar toplusu əmələ gətirər. Bəzi hallarda bu anlayışlar dini- milli ənənələrlə qarşıdurma yaradır, bəzən mənəvi təfəkkürə olan biganəliklə nəticələnərək, müasir insanı öz fərdiyyətini tanımamağa, “mənəvi tənbəlliyə” və sadəcə yemək, içmək kimi dünyəvi arzularla kifayətlənməyə sövq edər.İnsanın musiqidə, ədəbiyyatda, rəssamlıqda və incəsənətin digər sahələrində ideal gözəllik axtarışı məhz onun yaradıcı təbiətinə görədir. Yalnız, insanın axtardığı ideal gözəllik və kamillik əslində kənarda deyil, onunla bərabərdir.“Nəfsini bilən rəbbini tanıyar”, “Mən sizə şah damarınızdan daha yaxınam” və ya “Mən heç bir yerə sığmaram, ancaq sevdiyim bəndənin könlünə, qəlbinə sığaram” deyən Uca Yaradan bizə məsələnin bu tərəfini göstərmişdir. İndi bir sual ortaya çıxar; necə olur ki, insan gözəl rəsim əsəri çəkmək üçün və ya hər hansı bir musiqi alətində peşəkar ifaçı olmaq üçün illərini sərf edib bu peşələri dərindən öyrənməyə can atar, bu peşələri bilən ixtisasçılara müraciət edər, lakin özünü və bu istedadı ona bəxş edən rəbbini dərk etməyə səy göstərməz.. Deməli, o bir aldanma içindədir!Hər bir elmin və hər bir sənətin bir yolu olduğu kimi, insan olmanın da bir metodu olmalıdır. Ədəb- ərkan, gözəl əxlaq xüsusiyyətləri insanda ancaq mənəviyyatla mümkündür. Bu mənəviyyatı bizə öyrədən çox dəyərli könül adamlarımız və onların ortaya qoyduğu bir təfəkkür sistemi var. Bu sistem özünü tanıma prosesindən başlayır. İnsan fərdiyyətinin heç kimə bənzəməyən mahiyyəti onu təkrar edilməz edir. Allah insanı özünə məxsus yaradıb və buna görə də fərd özünü axtarmalı və uca Yaradıcının, “Onu nə üçün?” yaratdığını dərk etməlidir.Türk-İslam mədəniyyətinin ən bariz nümayəndələri olan sufilər, övliyalar, dərvişlər, aşiqlər, alimlər, zahidlər və bir çox adlarla zikr olunan bu könül igidləri hər zaman yolumuza işıq tutmuş. Təsəvvüf mövzusunda müxtəlif səpkidə zəngin çalışmalar var. İstər sufiliyin tarixini ələ alan əsərlər; bunlar əsasən “Zahidlik”, “Təriqətlər”, “Təsəvvüf” dövrləridir. Sufilərin təfəkkürünü sistemli şəkildə təsvir edən, onların elm, həyat, kainat haqqında görüşlərini, izlədikləri yolların ədəb və ərkan qaydalarını anlatan əsərlər də yetərli dərəcədə mövcutdur.İslamın ilk dönəmlərindəsəhabələrQurani Kərimi Həzrəti Məhəmmədin nəzarətində öyrənib, həyatlarına tədbiq etdilər. Bu dönəmə (VII-VIII əsirlər) “Zöhd” və ya “Zahidlik” dövrləri deyilir. Məhəmməd peyğəmbərin təşəbbüsü ilə “Əhli Suffə” adlanan bir məktəbin fəaliyyət göstərməsi bu dövrə aiddir. Daha o zamanlar təsəvvüf sözünün yerinə, zöhd, təqva, kimi sözlər istifadə olunurdu. “Təsəvvüf “ sözünün hallandığı və sərbəst elm kimi fəaliyyət göstərməsi daha sonraki dövrlərdir(IX-X əsirlər). Hədis, Təfsir, Kəlam elmləri kimi onun da terminalogiyası, metodları işləndi və kitablara yazılmağa başladı.Təriqətlər dövrü(XII əsirlərdən), sufiliyin müxtəlif məktəblər şəklində fəaliyyətə başladığı dövrdür. İnsan fərdiyyətini, istedadını yaxından tanıyan və tədrisin təlimə keçirilməsinə xidmət göstərən bu məktəblər “insan yetişdirmə”prosesini həyata keçirirdi. Nəfs tərbiyyəsini əsas prinsip kimi qəbul edən təriqətlər “Mürşidlər” tərəfindən idarə olunurdu. Mürşid ədəb sahibi, təsəvvüf yolunun incəliklərini bilən, nəfsini tanıyıb başqalarına da mənəvi yolu göstərə bilən biri olmalıydı; Şəriət, Təriqət, Mərifət və Həqiqət məqamlarına malik olan bir şəxs.Yəsəvilik, Qadirilik, Rüfailik, Səfəviyyə, Hürufilik, Xəlvətiyyə, Bektaşilik və saysız adlarla meydana çıxaraq “insan mənəviyyatı”na xidmət etdilər. Bu məktəblər cəmiyyətin bütün sahələrinə təsir etdi. Ədəbiyyatda; “təkkə ədəbiyyatı-divan ədəbiyyatına”, Sosial-iqtisadi sahədə;“axilik”, “alpərənlik” cəmiyyətlərinin, siyasi sahədə; Səlcuq, Osmanlı və Səfəvi dövlətlərinin quruculuğu kimi işlərin səbəbkarı oldu.Nəticə olaraq deyə bilərik ki:İnsan mənəviyyatının inkşafetdirilməsi praktik və metodik məsələdir.Bu metodların, yaşanaraq, təcrübəylə əldə edilməsi və insandan insana təlim yollarıyla ötürülməsi, müəllim-tələbə əlaqəsinin vacibliyini göstərir.İnsan fərdiyyətinin ağıl, hiss və xarakterik tərəflərini nəzərə alan bu “məktəb” fərd şüurunun daha dərin qatlarına(könlünə, qəlbinə) təsir edər.Ümumi olaraq dini-milli irs, xüsusi olaraqsa “təsəvvüf” konseptində varlığını yaşadan metodlar toplusu, günümüz insanının mənəvi şəxsiyyətinin formalaşmasına kömək edə bilər. Əgər insan bilinən metodlar əsasında ağıl və duyğularını təcrübə yoluyla anlayıb inkşaf etdirirsə, onun şəxsiyyəti dar, çərçivəli, fani, ziyankar ideologiyalardan xilas olar…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…