“İnter” futbol klubu 2017-2018-ci il mövsümündə

9 Avqust 2017 11:08

Xəbər 1031 dəfə oxunub

Bakının “İnter” futbol klubu 2017-2018-ci il mövsümündə ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.“İnter” Bakı Peşəkar İdman klubundan Azərtac-a bildirilib ki, məsələ ilə bağlı “AFFA” və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar başa çatıb. Qərara alınıb ki, “İnter” PİK-in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter Arena” stadionunda fəaliyyət göstərəcək.xeber100.com