“İnter” futbol klubu “Neftçi”ni qəbul edəcək

9 Fevral 2017 11:29

Xəbər 852 dəfə oxunub

Fevralın 8-də futbol üzrə Topaz Premyer Liqasında XVII tur çərçivəsində lider “Qarabağ” paytaxt təmsilçisi “Zirə”ni qəbul edib.Azərtac xəbər verir ki, oyunda ağdamlılar 2:0 hesabı ilə qalib gəliblər.Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində – 47-ci dəqiqədə isə Dino Ndlovu adını tabloya yazdırıb – 2:0. Oyun bu hesabla da başa çatıb.Bu oyundan sonra “Qarabağ” komandası “Qəbələ”ni bir xal üstələyərək turnir cədvəlindəki liderliyini qoruyub. “Zirə” 21 xalla dördüncü, AZAL isə 8 xalla sonuncu – səkkizinci sıradadır.Turun digər görüşləri fevralın 9-da oynanılacaq. “Sumqayıt” komandası “Kəpəz”i, “İnter” isə “Neftçi”ni qəbul edəcək.xeber100.com