“İnter” futbol klubu növbəti transferini gerçəkləşdirəcək

4 Sentyabr 2020 13:46

Xəbər 1037 dəfə oxunub

İtaliyanın “İnter” futbol klubu “Roma” komandasının müdafiəçisi Aleksandar Kolarovu transfer etməyə yaxındır.İtaliya mətbuatı xəbər verir ki, 34 yaşlı serbiyalı müdafiəçi ilə razılıq əldə olunub. Futbolçunun Milan təmsilçisi ilə 1+1 il şərti ilə müqavilə imzalayacağı bildirilib. “İnter”in Serbiya millisinin kapitanı üçün “Roma”ya 1,5 milyon avro təzminat ödəyəcəyi qeyd olunub.Qeyd edək ki, Kolarov ötən mövsümdə paytaxt klubunun heyətində keçirdiyi 42 matçda 7 qol vurub.xeber100.com