“İnter” futbol klubu yeni loqosunu ictimaiyyətə təqdim edib

30 Mart 2021 14:22

Xəbər 684 dəfə oxunub

İtaliyanın “İnter” futbol klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.Azərtac klubun “Twitter” hesabına istinadla xəbər verir ki, loqo 3 rəngdən ibarətdir. Emblemdə qara rəngli dairənin içərisində mavi və ağ rənglər yer alıb. Loqonun tam mərkəzində isə İ və M hərfləri (“İnter”, Milan) qeyd olunub. “F” və “C” hərfləri də klubun adında saxlanılıb.Qeyd edək ki, “İnter” İtaliya A seriyasında hazırda 65 xalla liderdir.xeber100.com