“İnter” futbol klubunun təlim-məşq toplanışı davam edir

14 Yanvar 2017 11:50

Xəbər 841 dəfə oxunub

Bakının “İnter” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.Klubdan Azərtac-a bildiriblər ki, komandamızın hazırlıq prosesi çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Belə ki, “İnter” yanvarın 15-də “Ordubaşı” (Qazaxıstan), üç gün sonra “Botoşani” (Rumıniya), yanvarın 19-da “İstiqlol” (Tacikistan) və yanvarın 21-də “Orenburq” (Rusiya) komandaları ilə yoxlama oyununda gücünü sınayacaq.xeber100.com