“İnter” klubu “Barselona”nın iki futbolçusunu transfer edəcək

31 Mart 2019 18:35

Xəbər 635 dəfə oxunub

“İnter” “Barselona”nın iki futbolçusunu transfer etmək üçün Kataloniya klubu ilə danışıqlara başlayıb.Milli.az xəbər verir ki, bununla bağlı “İnter”in idman direktoru Pyero Ausilio “Barsa”dakı həmkarı Erik Abidalla görüşüb. P.Ausilio Kataloniya təmsilçisinin futbolçuları İvan Rakitiç və Arturo Vidalı transfer etmək istədiklərini bildirib.Qeyd edək ki, Rakitiç bu mövsüm 43 matçda 5 qol vurub, 9 qolun ötürməsini verib. Vidal isə oynadığı 40 görüşdə 2 qo və 4 qol ötürməsi ilə yadda qalıb.xeber100.com