“İnter” klubu yoxlama oyunları keçirəcək

24 Avqust 2016 12:36

Xəbər 991 dəfə oxunub

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Bakının “İnter” komandası Gürcüstana yola düşüb. Azərtac xəbər verir ki, komanda Tbilisidə təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadzenin yetirmələri avqustun 28-də “Samtredia”, sentyabrın 1-də isə “Tsxinvali” ilə qarşılaşacaq. Qeyd edək ki, sentyabrın 2-də Vətənə qayıdacaq “İnter” növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.xeber100.com