Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində daha bir oyun keçiriləcək. Ötən mövsümün bürünc medalının sahibi Bakının “İnter” komandası öz meydanında çempionatın gümüş mükafatçısı “Qəbələ”ni qəbul edəcək.Azərtac xəbər verir ki, “İnter Arena”da saat 20:00-da start götürəcək matçın baş hakimi Ömər Paşayev təyin edilib.Oyunda “İnter” 15-ci, “Qəbələ” 10-cu qələbənin astanasındadır. “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. Paytaxt komandası son yeddi qarşılaşmada qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl iki dəfə qalib gəlib.Ümumiyyətlə, “Qəbələ” Azərbaycan Premyer Liqasında 12-ci starta hazırlaşır. Komanda indiyədək çempionatda 11 dəfə iştirak edib və üç dəfə bürünc, bir dəfə gümüş medalları əldə edib.Qeyd edək ki, Premyer Liqada avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” oyunu keçiriləcək. Bu görüşə saat 19:00-da start veriləcək.İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” və “Kəpəz” (Gəncə) komandalarının matçı ilə yekun vurulacaq.Xatırladaq ki, avqustun 11-də keçirilən turun ilk oyununda “Qarabağ” komandası “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…