İntizam Komitəsinin iclası keçirilib

23 Noyabr 2016 10:54

Xəbər 828 dəfə oxunub

Noyabrın 22-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymət verilib.Məsələ AFFA və Peşəkar Futbol Liqası tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən 22 futbolçu, 1 klub rəsmisi və 1 hakim araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.xeber100.com