Avstraliyanın “Invictus Energy” şirkəti Afrikanın cənubundakı Zimbabvedə qitənin ən böyük neft və təbii qaz ehtiyatını kəşf edib.Zimbabve prezidenti Emmerson Mnanqaqva deyib ki, ehtiyat 200 kilometrlik ərazidə kəşf edilib. Burada ilk quyu 2020-ci ildə istismara veriləcək. Başqa bölgələrdə də kəşfiyyat işləri davam edir.Ölkənin mədənlər və mədən inkişafı naziri Uinston Çitando isə bildirib ki, ehtiyat ABŞ-ın “ExxonMobil” şirkətinin 1990-cı illərin əvvəlində bölgədən əldə etdiyi məlumatlar əsasında “Invictus Energy”nin yeni texnologiya tətbiq etməsi ilə aşkar edilib. “Invictus Energy” layihə üçün 20 milyon dollar sərmayə yatıracaq. Bu ehtiyat bölgəni Afrikanın ən böyük neft hövzəsi edir.Dünyanın ən böyük qiymətli daş mədənlərinə sahib olan Zimbabvedə ilk dəfə neft və təbii qaz aşkarlanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…