Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın 2015/2016-cı tədris ili üçün sonuncu iclası keçirilib. Əvvəlcə elmi şuranın iki yeni üzvü – UNEC-də yeni seçilən tələbə rektor Şahin Həsənov və tələbə elmi cəmiyyətinin (TEC) sədri Əvəzağa Məlikov iclas iştirakçılarına təqdim edilib. UNEC-dən Azərtac-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov tələbə rektorun işinin strukturunu reallaşdırmaq üçün tədbirlər həyata keçirməyə ehtiyac olduğunu bildirib. TEC-in gələcəyindən söz açan rektor qeyd edib ki, iqtisad elmi üzrə intellektual yarışların özəyi UNEC olmalıdır. Ə.Muradov yeni tədris ilindən bu sahədə respublika olimpiadasına hazırlıqların başlanmasına dair göstəriş verib. UNEC-in təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev “Ali təhsilin bakalavr pilləsi üzrə IV kurs əyani və V kurs qiyabi şöbədə təhsil alan tələbələrin diplomqabağı təcrübəsinin yekunları və III kurs əyani şöbə tələbələrinin yay istehsalat təcrübəsi haqqında” məruzə ilə çıxış edib. Yay istehsalat təcrübəsinin təşkilindən söz açan şöbə müdiri bu tədris ilində 28 ixtisas kafedrası üzrə 3126 tələbənin təcrübəyə göndəriləcəyini bildirib. Onların istehsalat təcrübəsinin daha mütəşəkkil və keyfiyyətli təşkili, qarşıya çıxacaq problemləri operativ həll olunması məqsədilə yay istehsalat təcrübəsi üzrə “Qaynar xətt”in (146-1-3) açılmasını təklif edib. Rektor müvafiq quruma təklifin icrası ilə bağlı göstəriş verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…