Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitetlərarası Birinci Kitabxana Forumu işə başlayıb.Azərtac xəbər verir ki, respublikada ilk dəfə keçirilən bu tədbirdə Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, Milli Məclisin deputatları, aparıcı kitabxanaların rəhbərləri iştirak edirlər.Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində klassik kitabxana modelinin artıq effekt vermədiyini bildirib. O, təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini vurğulayıb.Tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fazil Mustafa və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov məruzə ilə çıxış ediblər.Sonra UNEC-in 1 nömrəli Oxu zalının açılışı olub. Forum çərçivəsində geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası da təşkil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…