Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın iclası keçirilib. Tədbirdə yeni tədris ili “Elmi tədqiqat ili” elan edilib.UNEC-dən Azərtac-a bildirilib ki, universitetin rektoru Ədalət Muradov qarşıya qoyulan hədəflər naminə qazanılan uğurlardan danışıb.Rektor qeyd edib ki, 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə, müvəffəqiyyət göstəricisi 85 faiz, keyfiyyət göstəricisi 45 faiz olub. Bu il qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə – 96,6 faiz yerinə yetirilib. Fakültələr üzrə daha yüksək göstərici maliyyə və mühasibat fakültəsində qeydə alınıb. Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş müşahidə olunub. İkinci ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 60 faizi UNEC-i seçib. İkinci ixtisas qrupu üzrə 700 bal yığan hər iki abituriyent UNEC-ə üstünlük verib. Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olunan 290 abituriyentdən 70-i 650-680, 17-si isə 680-700 bal toplayıb. İkinci ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 74 faizi UNEC-in tələbəsidir.UNEC-də yeni tədris ili “Elmi tədqiqat ili” elan edilib. Həmçinin “UNEC Tədqiqat Fondu” təsis olunub. Fondun məqsədi yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə elmi tədqiqatların aparılması, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflərin hazırlanmasıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…