İqtisad Universitetində magistratura və doktorantura təhsil pilləsi üzrə təhsil və tədrisin keyfiyyətinin artırılması məqsədi ilə yaradılan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) ilk semestr imtahanları yekunlaşıb.UNEC-dən Azərtac-a bildirilib ki, Mərkəz Təhsil Nazirliyinin magistratura təhsil pilləsinin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni qəbul edilmiş təhsil standartları əsasında fəaliyyət göstərir. Mərkəzdə 5 ixtisas üzrə 150-dək magistr təhsil alır. BMDM-də beş ixtisas üzrə dörd dildə və yazılı qaydada 45 imtahan təşkil olunub. Magistrlərin biliyi yazılı açıq suallar, şirkət analizləri, biznes keyslər, tədqiqat və araşdırma tipli imtahan metodları ilə müəllimlər tərəfindən qiymətləndirilib. Nəticələr açıqlandıqdan sonra üç gün müddətində apellyasiya şikayəti verilə bilər. Şikayətin baxılması üçün komissiya formalaşdırılır və ən geci 15 iş günü müddətində magistrə apellyasiyanın nəticəsi barədə məlumat verilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…