İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanları barədə regionlarda məlumat vermək, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə başlanılıb.Universitetdən Azərtac-a bildirilib ki, UNEC nümayəndə heyəti Quba, Salyan və Göyçay rayonlarının qabaqcıl məktəblərində olublar.Görüşlərdə bu ali məktəb haqqında ətraflı məlumat verilib. Bildirilib ki, UNEC ölkədə dörd dildə təhsil verən və xarici ölkədə filialı olan yeganə universitetdir.Dövlət İqtisad Universitetinin beynəlxalq ikili diplom və xüsusi təqaüd proqramları, beynəlxalq əlaqələri şagirdlərin xüsusi marağına səbəb olub. Onlar “SABAH” qrupları və mübadilə proqramları ilə maraqlanıblar.Görüşlərdə UNEC-in tanıtım videoçarxı göstərilib, şagirdlərə məlumat kitabçaları paylanılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…