Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov yanvarın 24-də bu ölkənin ticarət naziri Atır Əl-Ğureyri ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.
Səfir N.Məmmədov həmsöhbətinə Azərbaycanda aparılan iqtisadi islahatlar, yaradılan nəqliyyat infrastrukturu, o cümlədən Ələt Azad İqtisadi Zonası barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan İraq ilə iqtisadi-ticari əlaqələrin genişlənməsində maraqlıdır.
İraqlı nazir rəsmi Bağdadın Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə geniş əlaqələr qurmaqda və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Söhbət zamanı iş adamlarının və rəsmi şəxslərin səfərlərinin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub, bu istiqamətdə daha səmərəli addımların atılacağı bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…