Avropa İttifaqı (Aİ) ilə Kanada arasında 7 il müzakirə edilən Əhatəli İqtisadi və Ticarət Sazişi (CETA) imzalanıb. Azərtac xəbər verir ki, sənədi Brüsseldə keçirilən Aİ-Kanada sammitində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker, Kanadanın Baş naziri Castin Trüdo və Avropa İttifaqına sədrlik edən Slovakiyanın Baş naziri Robert Fiko imzalayıb. Donald Tusk deyib: “CETA və Strateji Tərəfdaşlıq müqaviləsi imzaladıq və bununla qürur duyuram. Sərbəst ticarət və qloballaşma yüz milyonlarla insanı aclıq və yoxsulluqdan qoruyur. Sərbəst ticarətin müsbət təsirlərini insanlara dürüst və inandırıcı şəkildə izah etməliyik”. O bildirib k, saziş nəticəsində Kanada Bolqarıstan və Rumıniyaya tətbiq etdiyi vizanı 2017-ci ilin sonuna qədər ləğv edəcək. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker qeyd edib ki, Aİ və Kanada əhalisi üçün yeni bir dövr başlayır. CETA yarım milyarddan çox insana yeni fürsətlər təqdim edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…