Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 17-də iqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb.İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin icrası isə nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…