İyulun 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisəsinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…