İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sahibkarlardan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və üçulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Gəndov kəndində işgüzar forum keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…