Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşündə vurğulanıb. Nazir Şahin Mustafayev Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb, bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var. Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi – Azərbaycan Turizm Universiteti fəaliyyət göstərir. Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan “ASAN Viza” sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində viza verilir. Bu isə ölkəmizə gələn turistlərin sayının artmasına böyük təkan verir. Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan iqtisadiyyat naziri ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb. Bundan başqa, Azərbaycanın turizm potensialına dair birgə təqdimatlar təşkil edilə bilər və bu sahədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıq məqsədəuyğundur.Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində böyük potensialının olduğunu qeyd edən Zurab Pololikaşvili ölkəmizdə turizmin inkişafına, təmsil etdiyi təşkilatla əməkdaşlığa dair fikirlərini bildirib, Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…