İqtisadiyyat naziri Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib.Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.Görüşdə qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi, əməkdaşlığın inkişafında Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb, qarşılıqlı səylər nəticəsində ticarət əlaqələri genişlənib. Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir. Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib.Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…