Yanvarın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Gəncədə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.Tədbirlərdə biznes-inkubatorların yaradılması təşviq edilib, iştirakçılar biznes-inkubatorların əhəmiyyəti, biznes-inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə də məlumatlandırılıb.Treninqlərdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…