Azərbaycan məhsulları “Fruit Logistica” sərgisində nümayiş olunacaq.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevralın 7-dən 9-dək Almaniyanın paytaxtı Berlində “Fruit Logistica” meyvə-tərəvəz sərgisi keçiriləcək.Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur.İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, “Fruit Logistica” meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…