İqtisadiyyat Nazirliyi Əfqanıstan İslam Respublikasına ixrac missiyasının təşkilini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Əfqanıstana ixrac missiyası fevralın 5-8-də baş tutacaq. İxrac missiyalarının əhatə etdiyi sektorlar – süd və süd məhsulları, ət və ət məhsulları, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, un və un məmulatları və digər sənaye məhsullarıdır. İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.Müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında yanvarın 26-da AZPROMO-da təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…