İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Sənayedə brendləşmə”, “Kənd təsərrüfatında logistika”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Made in Azerbaijan” brendinin yaradılması” mövzularını əhatə edən treninqlərdə brendin mahiyyəti, brendləşmənin xüsusiyyətləri, logistikanın mahiyyəti və bu cür mərkəzlərin yaradılması, sığortanın əhəmiyyəti və bu sahədə qanunvericilik, ixrac bazarları, innovativ texnologiyalar və sair barədə ətraflı məlumatlar verilib. Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…