İqtisadiyyat Nazirliyində İnnovasiya Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə komissiyaya üzv olan aidiyyəti qurumların – Təhsil, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, “ASAN xidmət”in və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.Komissiyanın sədri, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada baş verən müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri də innovasiyaların təşviqidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həmçinin müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində innovasiya ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib. Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub və BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərindən biri də məhz möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirməkdir.Sonra İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov Respublika İnnovasiya Müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə təqdimatla çıxış edib.İclasda komissiya üzvü olan dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin təklifləri dinlənilib, müzakirələr aparılıb, qiymətləndirmə və müsabiqə sahələri təsdiqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…