İranın Əhvaz şəhərinin Tibb Elmləri Universitetinin alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıblar.Azərtac xəbər verir ki, bu barədə universitetin elmi şurasının üzvü Mənsur Əmin Təsmini məlumat yayıb. O bildirib ki, bitkilərdən hazırlanan yeni preparat virusa yoluxmuş 10 nəfərin müalicəsində istifadə edilib və onlardan 5-i sağalıb. Digər 5 nəfərin isə bu preparat vasitəsilə müalicəsi davam etdirilir. Əgər onlar da sağalsalar, o zaman Səhiyyə Nazirliyinin icazəsi ilə preparatın kütləvi istehsalına başlanacaq və yoluxanların müalicəsində istifadə ediləcək.İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi Tehranda keçirdiyi onlayn brifinqdə bildirib ki, 13 vilayətdə virusa yoluxma halları azalıb. Onun sözlərinə görə, ilk dəfədir ki, Tehranda da yoluxma hallarının azalması müşahidə edilib.İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi isə onlayn brifinqdə bəyan edib ki, Avropa dövlətləri İrana maddi dəstək göstərməyiblər. Onlar yalnız humanitar yardım ediblər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…