İran çempionatının “Persepolis” – “Sepehan” oyununda

27 Aprel 2019 13:20

Xəbər 679 dəfə oxunub

İran çempionatının 27-ci turunun “Persepolis” – “Sepehan” oyununda iki komandanın azarkeşləri arasında dava baş verib.Milli.az xəbər verir ki, “Azadi” stadionundakı iğtişaşda 1 nəfər dünyasını dəyişib, 245 nəfər yaralanıb. Tehranın Təcili Yardım Qurumunun şöbə rəisi Peyman Sabiriyan məlumatı təsdiq edib.İran Futbol Federasiyasının Nizam-İntizam Komitəsinin sədri İsmayıl Həsənzadə baş vermiş hadisəyə görə müvafiq addımlar atılacağını deyib.Tehranda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.xeber100.com