İran və Türkiyə arasında saziş imzalanıb…

13 May 2016 13:12

Xəbər 1165 dəfə oxunub

İran və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsin dair saziş imzalanıb. APA-nın Tehran bürosunun məlumatına görə,  İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri və prezidentin müavini Məsud Sultanifər və Türkiyənin  mədəniyyət və turizm naziri Mahir Onal ilə  görüşüb.Tərəflər turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdən sonra M. Sultanifər deyib ki, İran Türkiyə ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. “İki ölkə arasında turizm sahəsində sənədin imzalandığı gün iki ölkənin əlaqələrində  tarixi bir gün kimi yadda qalacaq. İki ölkə tərəfindən təşkil olunmuş müştərək komitələr  davamlı iclaslar keçirməli və imzalanan sənədin icrasına çalışmalıdırlar.  Biz Avropanın turizm sənayesində nüfuzlu  ölkələrlə müzakirələr aparmışıq, lakin istəyirik ki, dost və qonşu olan Türkiyə üçün turizmin inkişafına dair yaxşı imkanlar yaradaq”. M.Sultanifər deyib ki, hər iki ölkənin prezidentlərinin iradəsi turizm sahəsində sərmayə yatırılmasındadır: “İran Türkiyə investorlarına 10 hotelin tikintisi üçün lazımi icazəni verəcək. Hər iki ölkənin turistlərinin gediş-gəlişi üçün nəqliyyat məsələsi sahəsində yaxşı razılaşmalarımız olub”. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onal, öz növbəsində, İranın turizm sahəsində geniş potensiala malik olduğunu vurğulayıb və turizm sənayesinin inkişafı sahəsində geniş  müzakirələr və razılıqların əldə olunduğunu deyib: “Ümid edirəm  iki ölkənin turizm sahəsi daha da inkişaf edəcək”.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42