İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında qərar qəbul edilib

19 Noyabr 2020 22:07

Xəbər 28 dəfə oxunub

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında əhatəli qərar qəbul edib.Azərtac xəbər verir ki, qərara əsasən, İranın informasıya naziri Seyid Mahmud Ələvi və “Mostazafan” fondunun rəhbəri Seyid Pərviz Fəttahın adları sanksiyalar siyahısına salınıb. Bununla yanaşı, adı yuxarıda göstərilən fond ilə əməkdaşlıq edən 49 şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq.Yerli mətbuat hesab edir ki, ABŞ-da yeni seçilən prezident münasibətləri yumşaltmağa çalışacaq.Avropa İttifaqının beynəlxalq məsələlər üzrə keçmiş komissarı Federika Moqerini Co Baydeni İran ilə danışıqlar aparmağa çağırıb. F.Moqerini hesab edir ki, yeni danışıqlar başlasa münasibətlər nisbətən yumşalar.Rəsmi Tehran da danışıqlardan imtina etmir. Lakin danışıqların ABŞ-ın 2015-ci ildə “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” imzalanmış müqaviləyə qayıdışından sona mümkün olacağını bəyan edib. Qeyd edək ki, ABŞ-da Donald Tramp prezident seçildikdən sonra İrana qarşı sərt siyasi kurs müəyyən edildi. Rəsmi Vaşinqton birtərəfli qaydada müqavilədən çıxdı. Yeni prezident C.Baydenin isə İran ilə əlaqədar hansı addımlar atacağı hələlik bəlli deyil.xeber100.com

Yeni Zelandiyada milli parlamentə seçkilər başlayıb

Oktyabrın 17-də yerli vaxtla səhər saat 9-da Yeni Zelandiyada milli parlamentə seçkilər və marixuananın və evtanaziyanın leqallaşdırılması üzrə referendumda səsvermə başlanıb.Azərtac xəbər verir ki, təqribən 2600 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.Seçkilər zamanı seçicilər iki bülleten dolduracaqlar. Bunlardan biri partiyaya, digəri isə dairə üzrə namizədlərdən birinə səsverməni nəzərdə tutur. Yeni zelandiyalılar, həmçinin marixuana və evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan daha iki suala cavab verəcəklər. Referenduma çıxarılmış bu iki sual artıq parlament tərəfindən bəyənilib. Lakin yerli qanunvericilik bunun yalnız plebisitdə bəyənildikdən sonra qüvvəyə minməsini nəzərdə tutur.Parlamentə seçkilərə gəlincə, cari ildə milli parlamentdəki 120 yer uğrunda 17 partiyadan 566 namizəd mübarizə aparır. Daha 35 namizədin müstəqil olaraq seçkilərə qoşulduğu bildirilir. Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik həddi keçməli, namizədlər isə öz dairələrində səsə çoxluğu qazanmalıdırlar.Mütəxəssislərin rəyinə görə, hakim koalisiya (Yeni Zelandiyanın Leyboristlər Partiyası, “Hər şeydən əvvəl Yeni Zelandiya” və “Yaşıllar” partiyası) və Yeni Zelandiya Milli Partiyasının rəhbərlik etdiyi müxalifət bloku favoritlər arasında fərqlənir.Qeyd edək ki, Yeni Zelandiya parlamenti qarışıq sistemlə (ölkə üzrə 11 dairədən və partiya siyahısı ilə) üç il müddətinə gizli səsvermə yolu ilə seçilir. Bu ölkədə əhalinin 3,7 milyonu səs vermək hüququna malikdir. Səsvermədə iştirak etmək üçün seçicilərin 92,4 faizi, təqribən 3 milyon 400 min nəfər qeydiyyatdan keçib. Həmçinin seçicilərin 50 faizi (təqribən 1,7 milyon nəfər) 2020-ci ildə keçirilmiş ümumi seçkilərdə artıq səs verib.Seçki komissiyasının artıq bu gün axşam saatlarında səsvermənin ilkin nəticələrini elan edəcəyi bildirilir. Seçkilərin və referendumun rəsmi yekunu isə noyabrın 6-da elan ediləcək.xeber100.com

Oktyabr 17, 2020 13:39