Tarixi abidənin təmir olunacağına dair dəfələrlə söz verən hökumət rəsmiləri isə verdikləri vədləri qısa müddətdə unudur. Son aylarda tarixi binanın ətraf ərazisinin ümumi parkingə çevrilməsinə qarşı kəskin etirazlar da heç nəyi dəyişmədi. Aşağıdakı şəkillərdə göründüyü kimi, azərbaycanlıların müqavimət simvollarından biri kimi tanınan Ərk qalası bu gün görənləri təəccübləndirir. Tarixi abidə artıq dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri tarixi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət alıb. Qeyd edək ki, İranda Azərbaycan türk millətinin tarix, dil və mədəniyyətinə dəlalət edən çox saylı abidə artıq sıradan çıxarılıb vəya məhv olmaq üzrədir. Azərbaycan türklərini asimilə etmək məqsədi ilə həyata keçirilən proses Qacarlar dövründən sonra başlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…