İranın İnsan Hüquqları üzrə Ali Şurası Fransada baş verən kütləvi ixtişaşlarla bağlı bəyanat verib.Azərtac xəbər verir ki, bəyanatda Parisdə və başqa böyük şəhərlərdə baş verən kütləvi aksiya iştirakçılarına qarşı polisin qəddarlıqla davranması tənqid edilib.Diqqətə çatdırılıb ki, sadə fransalılar ölkədəki iqtisadi çətinliklərə qarşı etiraz edərkən polisin zorakılığı ilə üzləşib. İnsanların kütləvi şəkildə həbs edilməsi demokratiya və insan hüquqları prinsiplərinə sığmır. Məhkəmə prosesi olmadan etirazçıların zindana atılması insan hüquqlarına dair bütün beynəlxalq konvensiyalara ziddir.Bəyanatda deyilir ki, BMT-nin İnsan Hüquqları Şurası xüsusi komissiya yaradaraq qanunsuz həbsləri araşdırmalı və insanların azad edilməsinə nail olmalıdır.Xatırladaq ki, noyabrın 17-də Parisdə yanacağın qiymətinin hökumət tərəfindən artırılmasına etiraz edən insanlar polisin zorakılığına məruz qalıblar. Bu səbəbdən də etirazlar bu günə kimi davam edir. Son məlumatlara görə həbs edilənlərin sayı 600 nəfəri ötüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…