İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.Azərtac xəbər verir ki, bu, Tehran vilayəti Məscidlərinin Məsələlərinin Araşdırılması üzrə Mərkəzinin qərarında qeyd olunub.Məhərrəm ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronavirus güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Yeni qərar barədə tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişini nəzərə alaraq, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə, camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.Həmçinin açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə matəm mərasimləri səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…