Yaponiya parlamenti yerli şirkətlərə dünyanın ən böyük neft ixracatçısı olan İranla birgə fəaliyyətə dəstək barədə razılaşmanı bəyənib. Xəbər verdiyimiz kimi, Yaponiya cari ilin yanvarında bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv edib. Razılaşma parlamentin yuxarı palatasının mayın 11-də keçirilən iclasında bəyənilib. Sənədə əsasən, İran yapon şirkətlərinə yerli müəssisələrlə bərabər səviyyədə iş şəraiti yaratmalı, onların hüquqlarını və aktivlərini qorumalıdır. Razılaşma İran parlamenti tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcək. Yaponiya 1950-ci ildən başlayaraq İrandan neft alırdı. Lakin ixracın həcmi İranın milli nüvə proqramını inkişaf etdirmək barədə qərarına cavab olaraq Qərbin Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra kəskin azalmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…