Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun Krallığın İrbid vilayətinə səfəri zamanı iki ölkənin iş adamları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.Diplomatımızın İrbid valisi Radvan Əl-Atum ilə görüşündə vilayətin sənaye müəssisələrinin istehsal potensialı haqqında məlumat verilib, həmçinin Azərbaycandakı iş adamları ilə idxal-ixrac və sərmayə imkanları ətrafında fikir mübadiləsi aparılıb.İordaniyanın “JordanTV” dövlət telekanalına müsahibə verən E.Səlimov qeyd edib ki, Azərbaycan dost İordaniya ilə bütün sahələrdə, o cümlədən iqtisadi məsələlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İki ölkənin regionları arasında əməkdaşlığın da potensialı böyükdür. İordaniya Sənaye və Ticarət Palatasının sədri Məhəmməd Əl-Şuxinin təşəbbüsü ilə yaxın vaxtlarda biznesmenlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də təşkil ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…