Fevralın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forum təşkil ediləcək.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir.Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.Tədbirdə ölkənin ən iri holdinq, assosiasiya, şirkətlər qrupunu təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…