“Azərişıq” ASC ölkənin regionlarında, xüsusilə də cəbhə bölgələrində təxirəsalınmaz yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işlərini davam etdirir. “İşıqlı Azərbaycan” layihəsində önəmli və xüsusi yeri olan cəbhə bölgəsində işlər demək olar ki, ekstremal vəziyyətlərdə aparılır. Buna görə də “Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimində işləyir.ASC-dən Azərtac-a bildirilib ki, Goranboyun Tapqaraqoyunlu və digər kəndlərində aprel döyüşlərində zədələnən xətlər tam bərpa edilib. Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kilovolt (kV) Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəzlənib. Aprel döyüşləri zamanı 0.4 kV şəbəkədə zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Füzuli rayonundakı 10 yarımstansiyada, 728 kilometr transformator məntəqəsində (KTM) profilaktik tədbirlər görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…