“Azərişıq” ASC IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi yerlərin, o cümlədən sosial təyinatlı obyektlərin fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmini üçün zəruri tədbirlər həyata keçirir.Azərtac xəbər verir ki, “Azərişıq” ASC idman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir. “Azərişıq” ASC-nin Tədris Mərkəzinin yerləşdiyi “Gənclik” yarımstansiyasında məsul cavabdeh şəxslərin və növbətçi əməliyyat heyəti üçün keçirilən treninqdə əks-qəza məşqlərinin plan qrafiki barədə məlumat verilir.Treninq iştirakçıları operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri, yəni yanğın, qəza və digər mümkün fövqəladə hallar üçün təlimatlar da əldə edirlər. Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcək. ASC-nin 292 əməkdaşı 1 ay ərzində təlim keçəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…