“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verəcək.Azərtac xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən növbəti tədbirdə beynəlxalq münasibətlər fakültəsinin dekanı A.Quliyev deyib. O, 2017-ci ilin “İslam Həmrəyliyi İli” kimi elan edilməsinin əhəmiyyətindən danışıb.AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Səməd Bayramzadə “Azərbaycanın İslam dünyasında yeri” mövzusunda mühazirə ilə çıxış edib. Məruzəçi “İslam Həmrəyliyi İli”nin Azərbaycanın bütün İslam dünyasında barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addım olduğunu diqqətə çatdırıb. Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyi bildirilib.Sonda S.Bayramzadə İslam tarixi ilə bağlı nəşr olunmuş kitabları beynəlxalq münasibətlər kafedrasına hədiyyə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…