“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində üç idman növü üzrə ustad dərsləri keçiblər.Azərtac “Bakı-2017”yə istinadla xəbər verir ki, azarkeşlər ustad dərslərində iştirak etmək üçün IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsində verilən suallara düzgün cavab taparaq tədbirə qatılmaq imkanı qazanıblar. Həmçinin ustad dərslərinə hər bir idman növü üzrə yeniyetmə atletlər də qatılıblar.İdmançı səfirlər tərəfindən ilk ustad dərsi cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə təşkil olunub. Növbəti görüş güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində keçirilib. Futbolçu Ruslan Abışov tərəfindən isə ustad dərsi “Bayıl Arena”da baş tutub.Ustad dərslərinin sonunda bütün iştirakçılar sertifikat alıblar.İdmançılar Elmar Qasımov və Rüstam Orucov “Grassroots” proqramı çərçivəsində bu tipli layihələrin davamlı olacağını qeyd ediblər.Ustad dərslərinin məqsədi “Bakı-2017”-nin idmançı səfirlərini azarkeşləri ilə görüşdürmək, bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…