Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçayda “Sülh aylığı” çərçivəsində “İslamda sülh və tolerantlıq” mövzusunda tədbir təşkil olunub. Azərtac xəbər verir ki, tədbirdə komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak edib. Göyçay şəhərinin “Mərkəzi məscid” dini icmasının sədri Müşviq Əsgərov tədbirdə çıxış edərək bildirib ki, həyata keçirilən maarifləndirmə xarakterli bu kimi tədbirlər İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardım edir. Daha sonra komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov çıxış edərək, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin edilməsi üçün görülən işlərdən söz açıb. Çıxışlarda bu cür görüşlərin dini maarifləndirmə baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…