İspaniya Çempionatının 10-cu turunda…

28 Oktyabr 2018 21:27

Xəbər 701 dəfə oxunub

“Barselona” futbol klubunun futbolçuları İspaniya Çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real Madrid” üzərində böyük hesablı qələbə qazanıblar.Milli.az bildirir ki, Kataloniyada keçirilən oyun 5:1 hesabı ilə “Barsa”nın xeyrinə yekunlaşıb.”Barselona”dan qolları Luis Suares (30-cu dəqiqə – penalti, 75 və 83-cü dəqiqələr), Filippe Koutinyo (11-ci dəqiqə) və Arturo Vidal (87-ci dəqiqə) vurublar. “Real Madrid”in yeganə qolunu oyunun 50-ci dəqiqədə Marselo vurub.”Barselona” 21 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, “Real” isə 14 xalla doqquzuncudur.xeber100.com