Futbol üzrə İspaniya Çempionatının 36-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, günün ilk qarşılaşması “Nou Kamp” stadionunda keçirilib. Vaxtından əvvəl çempion olmuş “Barselona” altıncı yerdə qərarlaşan “Villyareal”ı qəbul edib. Hesabı meydan sahibləri erkən qolla açıb. Oyunun 11-ci dəqiqəsində Filip Koutinyo fərqlənib – 1:0. Dörd dəqiqə sonra Paulinyo hesabı artırıb – 2:0. Birinci hissənin axırıncı dəqiqəsində Leo Messi hesab arasındakı fərqi üç topa çatdırıb – 3:0. Birinci hissə bu hesabla başa çatıb.Fasilədən sonra qonaqlar qollardan birinin əvəzin çıxıblar. N.Sansone adını tabloya yazdırıb – 3:1. Oyunda son nöqtəni Osman Dembele (87,90) qoyub – 5:1. Beləliklə “katalonya”lılar 5:1 hesabı ilə qələbə qazanıb.Digər görüşdə “Real Madrid” klubu “Sevilya”nın qonağı olub. Matçın 26-ci dəqiqəsində meydan sahibləri hesabı Ben Yaderin sayəsində açıblar – 1:0. Birinci hissənin əlavə olunmuş birinci dəqiqəsində Latın fərqlənərək hesabı artırıb – 2:0. Birinci hissə bu hesabla başa çatıb.Oyunun əsas vaxtına altı dəqiqə qalmış üç qol vurulub. Meydan sahiblərinin heyətində Serxiyo Ramosun avtoqolu, qonaqların isə heyətində Borja Mayoral və 11 metrlik cərimə zərbəsindən Serxiyo Ramos fərqlənərək oyunda son nöqtəni qoydular – 3:2.Qeyd edək ki, matçın 58-ci dəqiqəsində madridlilərin kapitanı Serxiyo Ramos 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…