Fevralın 4-də futbol üzrə İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Xetafe” doğma meydanda “Leqanes”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.Günün ikinci qarşılaşmasında “Barselona” komandası “Espanyol”un qonağı olub. Birinci hissədə komandalar fərqlənə bilməyiblər. Görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Herard Moreno hesabı açıb. Matçın 82-ci dəqiqəsində Jerar Pike hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq, görüşdə qalib müəyyənləşməyib – 1:1.”Jirona”-“Atletik” oyununda qələbəni meydan sahibləri qeyd ediblər. Belə ki, Kristian Stuaninin görüşün 7-ci və 65-ci dəqiqələrində vurduğu qollar “Jirona”nın qələbəsini rəsmiləşdirib – 2:0.Günün sonuncu qarşılaşmasında isə “Atletiko Madrid” və “Valensiya” komandaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi matçın 59-cu dəqiqəsində istəyinə çatıb. Anxel Korreanın qolu ilə “Atletiko Madrid” 1:0 hesablı qələbə qazanıb.Qeyd edək ki, hesabında 58 xal “Barselona” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko Madrid” 49 xalla ikinci, “Valensiya” 40 xalla üçüncü, “Real Madrid” 39 xalla dördüncü, “Vilyareal” isə 37 xalla beşinci pillədə yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…