İspaniya Futbol Federasiyası müqavilə müddətini uzadıb

23 May 2018 11:15

Xəbər 728 dəfə oxunub

İspaniya Futbol Federasiyası ölkənin milli yığma komandasının baş məşqçisi Xulen Lopeteqi ilə müqavilənin müddətini uzadıb.Azərtac İspaniya yığmasının rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, yeni müqavilənin şərtlərinə görə, bu məşqçi İspaniya milli komandası ilə 2020-ci ilin yayınadək işləyəcək.Lopeteqi İspaniya yığmasına 2016-cı ildən – Avropa çempionatından sonra rəhbərlik edib. Ondan əvvəl komandanın baş məşqçisi Visente del Boske olub. İspaniyalılar Lopeteqinin rəhbərliyi altında seçmə qrupda birinci yeri tutaraq 2018-ci ildə keçiriləcək dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıblar.xeber100.com