İspaniya Futbol Federasiyasının razılığı əsasında…

9 İyul 2018 10:26

Xəbər 546 dəfə oxunub

İspaniya yığmasının baş məşqçisi vəzifəsinə “Barselona” klubunun sabiq məşqçisi Luis Enrike keçəcək.Azərtac “Marca”ya istinadla xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə ikiillik müqavilə təklif olunub.Federasiya “Espanyol”un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçisi postunda dəyişiklik olub. Fernando Yerro “Real Madrid”ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma səkkizdəbir finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.xeber100.com