İspaniyanın Baş naziri Pedro Sançez Konqresdə turizm sektorunda çalışan şirkətlər, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan 11 milyard avro məbləğində yeni yardım proqramını elan edib.Azərtac xəbər verir ki, məqsəd COVID-19 pandemiyası dövründə böyük zərər çəkmiş turizm sektorunda çalışan şirkətlərin ödəmə qabiliyyətini artırmaq, həm də onların fəaliyyətini tam gücü ilə bərpa etməyə kömək etməkdir.İspaniya hökuməti iqtisadiyyatı bərpa etmək məqsədilə pandemiyadan ən çox zərər çəkmiş sektorlara dəstək tədbirləri üçün artıq ÜDM-in 20 faizini ayırıb. Bu vəsait pandemiya dövründə məşğulluğun müvəqqəti tənzimlənməsi istiqamətində hökumət tərəfindən irəli sürülmüş tədbirlərin həyata keçirilməsinə yönəldilib.Krallığın iqtisadiyyatının bərpa edilməsinin ümidverici amili koronavirusa qarşı peyvənd olunmaqdır. Daha sonra Aİ-nin Brüssel sammitində razılaşdırılmış Avropa iqtisadiyyatının bərpası fondundan İspaniyaya 140 milyard avro ayrılması prosesi sürətləndiriləcək. Pedro Sançesin sözlərinə görə, bərpa planı keyfiyyətli, davamlı və uzunmüddətli məşğulluq yaratmaq üçün daha ədalətli, daha ekoloji, daha rəqəmsal İspaniyanı nəzərdə tutur.Onun hesablamalarına görə, yaxın illərdə İspaniyada 850 min iş yeri açılacaq.Pandemiyanın dördüncü dalğasından qorunmağı qarşısında məqsəd qoyan İspaniya hökumətinin başçısı, 9 May tarixinədək həyəcan vəziyyətinin saxlanmasını zəruri sayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…