İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gətirilib

28 Fevral 2019 12:27

Xəbər 564 dəfə oxunub

Fevralın 27-də İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gətirilib.Azərtac xəbər verir ki, “Barselona” klubu “El Klassiko”da əzəli rəqibi “Real Madrid”i səfərdə böyük hesabla (3:0) məğlubiyyətə uğradaraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.Kataloniyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdığından, “Barselona” finala vəsiqə qazanan tərəf olub.Digər finalçının adına isə bu gün “Valensiya”-“Betis” matçından sonra aydınlıq gələcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.xeber100.com